Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır

Tarix: 7-5-2015 // saat: 12:00
Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan ”Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” adlı ümumrayon konfransı keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə “10 may Azərbaycan xalqının yaddaşında ümummilli dəyərə çevrilən gündür ” mövzusunda şəhər 3 saylı tam orta məktəbin müəllimi Əsbət Musayeva, “Heydər Əliyev Kürdəmirdə” mövzusunda rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev, “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda Mərkəzi Kitabxanalar Sisteminin direktor müavini İradə Mahmudova, “Əl çatmayan zirvə” mövzusunda Carlı kənd tam orta məktəbinin müəllimi Abduləziz Xanəhmədoğlu, “Azərbaycan gəncliyinin böyük dostu və himayədarı – Heydər Əliyev” mövzusunda rayon Gənclər və İdman idərəsinin rəisi Zaur Həsənov çıxış edərək dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş məruzə ilə çıxış ediblər.
Konfransda çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkəmizin hər yerində Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə müxtəlif tədbirlərin keçirildiyini bildirib.Bu gözəl bayram nünasibəti ilə tədbir iştirakçılarını təbrik etdi,bütün rayon sakinlərinə xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıb. O,öz çıxışında qeyd edbi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümkün olmayacaqdı.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Bakı şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş “Ulu Öndər Heydər Əliyev uşaqların gözü ilə “ ümumrespublika inşa yazı müsabiqəsinin qalibi şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Leyla Cəbrayılovaya qiymətli hədiyyələr təqdim edilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN