Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri düzüb.
Tədbir Heydər Əliyev Mərkəzinin dəyirmi masa zalında öz işinə başlayıb.
YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva məruzəsində qeyd edib ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək bu günümüzə gəlib çıxmışdır.Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri var. Azərbaycan xalqı soykökünə söykənə bilən xalq olmaqla onun tarixi mədəniyyəti, dastanları, nağılları, laylaları, dillərdə dolaşan mahnıları olan bir xalqdır.Bunları nəsildən –nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli,ismətli analarımız və mərd ərənlərimiz olmuşlar. Heydər Əliyev Allahın Azərbaycana böyük töhfəsi və xalqının xilaskarıdır.Sonra Sevda Hacıyeva məruzəsində Ulu Öndərin Azərbaycan qadınlarına hər iki hakimiyyəti dövründə qayğısından danışıb.
Məruzə ətrafında YAP Kürdəmir rayon təşkilatının idarə heyəti üzvü, şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, Şəhər Kitabxanasının müdiri Xatirə Soltanova, Heydər Əliyev Mərkəzinin ekskursiyaçısı Aynurə Mehdizadə çıxışlarında Ulu Öndər Heydər Əliyev haqqında, onun həyatı və siyasi fəaliyyəti, haqqında danışıbş Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açıblar.
Sonra rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu günlər biz bu əvəzolunmaz insanın – dahi şəxsiyyətin anadan olmasının 92-ci ildönümünü qeyd edirik. Bir daha ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünün, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif xarici qurumlarda belə təmsil edir.Bu şəraitə, bu inkişafa, Azərbaycan qadınının xəyal olan bu firavan həyatına görə Ulu Öndər siyasətinə və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli dəyirmi masa iştirakçılarını və onların simasında bütun rayon sakinlərini əlamətdar gün – dahi şəxsiyyət Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təbrik edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur, Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun qurub-yaratdığı müasir Azərbaycan dövlətinin daha da, çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.