Qəza Bakı - Qazax avtomobil yolunun 198-ci kilometrliyində qeydə alınıb. Hacıyev Seyfəddin Ağamusa oğlunun idarə etdiyi “Mitsubishi” markalı, 10-PH -715 dövlət nömrə nişanlı minik maşını Ələkbərov Qubad Rəhbər oğlunun idarə etdiyi “KamAZ” markalı, 33 - BF -216 dövlət nömrə nişanlı yük maşınına arxadan çırpılıb. Nəticədə minik maşınının sürücüsü Hacıyev, sərnişinləri 49 yaşlı İbişov Rais Əlikram oğlu və onun qardaşı 47 yaşlı Nəriman Əlikram oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.