Şamaxıda “Toyota Prado” markalı minik maşını yolu keçən piyada- Mingəçevir sakini 24 yaşlı Hacıyev Əfqan Namiq oğlunu vurub. Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən Əfqan sonradan müalicə məqsədilə Bakıya aparılıb. Vəziyyəti orta-ağır olduğu bildirilir.
Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.