Mərasimdə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Milli QHT forumunun prezidenti Rauf Zeyni, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, İsraildəki Yaxın Şərq Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro, Rusiya Elmlər Akademiyasının üzvü Abuzər Bağırov, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan üzrə nümayəndəliyinin rəhbəri, Tatarıstan Milli Akademiyasının üzvü Natiq Bədəlov çıxış edərək türk xalqına şərəf gətirən, bu millətin əyilməzliyini, yenilməzliyini sübut edən Çanaqqala zəfərindən, bu zəfərin tarixi əhəmiyyətindən danışıblar.
Çıxışlarda Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələrindən, Çanaqqala döyüşlərində 3000 nəfər azərbaycanlının şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.