İsmayıllı Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının 29-cu il dönümü ilə əlaqədar faciə əlilləri ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüşü keçirilib.
Tədbirdə RİHB-nın müavinləri, Çernobıl Əlillər cəmiyyətinin İsmayıllı rayon şöbəsinin sədri, idarə və müəssisə rəhbərləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Çernobıl iştirakçılarının sosial həyat şəraiti və sağlamlıq durumları ilə maraqlanaraq, onlara göstərilən dövlət qayğısının davamlı xarakter daşıyacağını bildirib.
35 nəfər Çernobıl əlilinin hər biri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.