Kürdəmirdə maarifləndirmə tədbiri keçirilib

Tarix: 23-4-2015 // saat: 09:22
Aprelin 22-də rayonun “Gənclər Evi”ndə Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə gənclər narkomaniya, dini radikalizm və onların zərərli təsiri mövzusunda maarifləndiriliblər.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, rayonun dini icmalarının rəhbərləri, ağsaqqallar, dindarlar, gənclər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak edib.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov , Kürdəmir rayon “İmam Rza” məscidinin axundu Fizuli Cəfərov və rayon ağsaqqallar şurasının sədr əvəzi Ayət Nəsirov narkomaniyanın yayılmasına, dini radikalizmə qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkərək, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıblar.
Sonda belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyi diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN