Ağsuda qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. Səhiyyə nairliyinin Qan bankı tərəfindən həyata keçirilən aksiya rayon Mərkəzi Xəstəxanasında baş tutub. Tədbirdə raonun bütün idarə və müəssisə təşkilatlarının əməkdaşları iştirak edib. Gün ərzində 150 nəfər qan verib.