İsmayıllı rayonunda 13211 abonentə xidmət göstərilir ki, bunun da 13107-si əhali, 104-ü qeyri-əhali abonentidir. Rüb ərzində qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilib, keçən il tikintisinə başlanılan şəhərin “Böyük mərc” və “Kökəltmə” adlanan məhəllələrinin qazlaşdırılması başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda Basqal qəsəbəsinin qazlaşdırılmasına başlanılmış, işlər davam etdirilir. Birinci rübdə abonentlərə 15 milyon 599 min 706 kub metr qaz satılib, qazın dəyəri 81,9 faiz ödənilmişdir.