İsmayıllıda əkinə yararlı, istifadə olunmayan torpaqlar müəyyənləşdirilərək istehsala cəlb ediləcək

Tarix: 16-4-2015 // saat: 22:03
İsmayıllı rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. AZƏRTAC xəbər verir ki, yığıncaqda məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Cari ilin ilk üç ayında rayonda sosial-iqtisadi sahədə diqqətəlayiq nəticələr qazanıldığı konkret faktlarla göstərilərək bildirilib ki, rüb ərzində 27 milyon 24 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 765 min manat çoxdur. Artım bütün sahələrdə, o cümlədən sənayedə 2 faiz, kənd təsərrüfatında 9,5 faiz, tikintidə 10,2 faiz təşkil edib. Qeyd olunub ki, rüb ərzində şəhərdə elektrik təsərrüfatının yenidən qurulması, M.F.Axundov küçəsində 2 doqquzmərtəbəli yaşayış binasının, S.Ə.Şirvani və Məhsəti küçələri arasındakı parkın, Velosiped zavodunun tikintisi davam etdirilib, Gəraybəyli kəndində hər cür avadanlıqlarla təchiz olunan həkim məntəqəsi istifadəyə verilib. Hesabat dövründə rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 812,1 min manat artıb. Bu müddətdə 1648 hektarda yazlıq bitkilər əkilib. Kürdmaşı kəndində 40 hektarda yeni üzüm bağı salınıb. Meşələrin mühafizəsi, yaşıllaşdırma işləri, turizm obyektlərinin yeni mövsümə hazırlanması və digər sahələrdə xeyli işlər görülüb. Məruzə və çıxışlarda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə də geniş danışılıb. Xüsusilə qarşıda duran həlli vacib məsələlər barədə ətraflı müzakirələr aparılıb. “Kənd təsərrüfatı ili”ndə rayonda əkinə yararlı, istifadə olunmayan torpaqlar müəyyənləşdirilərək istehsala cəlb ediləcək. Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən quşçuluq təsərrüfatlarının, İsmayıllı şəhərində “yaşıl market”in, 9 kənddə istixana təsərrüfatının yaradılmasının, 8 kənddə subartezian quyusunun qazılmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
http://azertag.az/xeber/847148

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN