13-14 aprel 2015-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib. Tədbirdə rayon Gənclər və İdman İdarəsi rəisi Taleh Salehov Ulu Öndərin yürütdüyü uğurlu siyasətdən bəhs edərək, onun gənclərə, idmançılara göstərdiyi diqqət və qayğıdan, verdiyi dəyərdən danışıb. Bu siyasətin indi də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. 10 komandanın qatıldığı yarışda I yeri şəhər 5 saylı, II yeri şəhər 3 saylı, III yeri şəhər 1 saylı tam orta məktəbin komandaları tutub. Qalib komandalar Yeniyetmələrin VII Ümumrayon Spartakiadasının sonunda Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlanacaq.