Hadisə bu gün saat 15:00 radələrində yolun 120-ci kilometrliyində, Şamaxı Olimpiya İdman Kompleksinin qarşısında baş verib. 90-ZT-013 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 56-AZ-261 dövlət nömrə nişanlı “İZUSU” markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə zamanı avtobusun sürücüsü, Şamaxı sakini, 1959-cu il təvəllüdlü Kərimov Vidadi Ömür oğlu və “Mercedes”in sərnişini, Bakı sakini, 1963-cü il təvəllüdlü Xasıyev Eldar Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Onlar Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.