İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, rayonda ixtisaslaşdırılmış “yaşıl market”in və fermer mağazalarının, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, intensiv bağçılıq (nar və üzüm) və nar tingçiliyi təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyəri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.