Qobustanda 11 kənd yaşayış məntəqəsində sakinlərin kütləvi tibbi müayinəsi başa çatıb

Tarix: 7-4-2015 // saat: 20:50
Prezident İlham Əliyevin əhalinin hərtərəfli kütləvi tibbi müayinəsi ilə əlaqədar verdiyi tapşırıq Qobustan rayonunda da uğurla icra olunur. Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, sakinlərin kütləvi tibbi müayinəsi mərkəzi xəstəxanada, Təklə və Sündü kənd sahə xəstəxanalarında, habelə təşkil edilən xüsusi səyyar briqada tərəfindən aparılır. Rayon üzrə 37 min nəfərədək sakin hərtərəfli tibbi müayinədən keçməlidir. İndiyədək onlardan 25423 nəfəri müayinə olunub. Ümumiyyətlə, 11 kənd yaşayış məntəqəsində, habelə idarə, müəssisə və təşkilatlarda bu aksiya başa çatıb. Hərtərəfli müayinədən keçən sakinlərdən 1422 nəfəri ambulator, 77 nəfəri stasionar müalicəyə cəlb edilib, 250 nəfər isə müayinə üçün Bakı şəhərinin ixtisaslaşmış xəstəxanalarına göndərilib.
http://azertag.az/xeber/844286

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN