Bu ilin əvvəlində Göyçayda buğda əkininə görə 1737 fermer dövlət yardımından bəhrələnib

Tarix: 7-4-2015 // saat: 20:44
Azərbaycan Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı və Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarı Göyçayda uğurla icra olunur. Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı yaradılan xüsusi komissiya cari ilin əvvəlində 1737 fermerə 4706 hektar sahədə buğda əkininə görə 188.2 min manat yardım verilməsi ilə bağlı qərar qəbul edib. Həmin vəsait bu günlərdə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb. Qeyd edək ki, Göyçayda kənd təsərrüfatının mühüm bir hissəsini taxılçılıq təşkil edir. Cari ildə rayonda 13 min 756 hektar sahədə taxıl əkilib.
http://azertag.az/xeber/844216

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN