Hadisə bu gün Bakı - Qazax əavtomobil yolunun 200-ci kilometrliyində qeydə alınıb. “Mercedes” avtomobil VAZ 21014 markalı minik maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan 40 yaşlı Əliyev Sədaqət Veysəl oğlu və onun qardaşı, 36 yaşlı Vidadi, digər avtomobilin sürücüsü, Gədəbəy rayon sakini, 29 yaşlı Məmmədov Gəray Tofiq oğlu və onun qardaşı 31 yaşlı Seyfəddin ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə,onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.