Bu gün Ağsu rayonunun daha iki yaşayış məntəqəsinə - Maşadqanlı və Qarabağlı kəndinə mavi yanacaq verilib

Tarix: 3-4-2015 // saat: 22:20
İki  kənddə  141 abonent  qazla təmin olunub. Hər iki kənddə bütün evlərə  smartkart tipli sayğac quraşdırılıb. Bunula da, 2015-ci ildə Ağsu rayonunda  mavi yanacaq verilən kəndlərin sayı 6-ya, abonentlərin sayı isə 332-yə  çatıb. Ümumilikdə  isə, indiyəcən Ağsuda rayon mərkəzi və 46 kəndə mavi yanacaq verilib.  Rayon üzrə qaz  abonentlərin  sayı  9933, əhalinin sayı isə, 49 170 nəfərə çatıb. Bu da, 176 165 nəfər əhalinin 64.6  %-i deməkdir.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN