Ağsunun ən iri kənd yaşayış məntəqəsində yeni sosial layihə həyata keçirilir

Tarix: 1-4-2015 // saat: 21:17
Ağsu rayonunda 4270 nəfərdən çox sakini olan Gəgəli kəndində təbii qaz təsərrüfatı yenidən qurulur. Rayon qaz istismar sahəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kəndin qazlaşdırılması son illərdə burada həyata keçirilən ən iri sosial layihədir. Qeyd edək ki, əsas boru kəmərindən kəndədək 6 kilometr məsafədə xəttin çəkilişi başa çatdırılıb. Kənddaxili xətlərdə isə işlərin 80 faizi görülüb. Gəgəli kəndinə təbii qazın cari ilin ikinci yarısınadək verilməsi nəzərdə tutulub.
http://azertag.az/xeber/842527 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN