Ağsu rayonunun 9 yaşayış məntəqəsinə təbii qaz veriləcək

Tarix: 30-3-2015 // saat: 20:33
Yararsız vəziyyətdə olan Hacıqabul MQKS-nin Kəndoba qazpaylayıcı stansiyasında aparılan əsaslı təmir işləri başa çatıb. Bu qazpaylayıcı stansiya vastəsilə Ağsu rayonunun 9 yaşayış məntəqəsinə - Kəndoba, Cəlayir, Abasxanlı, Hacıuşağı, Cəfərli, Ağabəyli, Rəhimli, Şahbəyli və Qaradağ kəndlərinə təbii qaz veriləcək. Qeyd edək ki, Kəndoba qazpaylayıcı stansiyasının əsaslı təmiri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında Ağsu rayonu üzrə həyata keçrilməsi nəzərdə tutulan tədbirlərə əsasən aparılıb. Hazırda adıçəkilən yaşayış məntəqələrinin qazlaşdırılmasına başlanılıb.


Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN