Qobustanda taxıl sahələrinə yemləmə gübrəsi verilir

Tarix: 26-3-2015 // saat: 20:23
Qobustan rayonunun fermerləri taxıl əkini sahələrinə azot gübrəsi verirlər.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari ilin məhsulu üçün ötən ilin payızında 22 min hektarda taxıl əkilib. Hər yerdə normal çıxış alınıb. Taxılçılar gələcək yüksək məhsuldarlıq üçün zəruri aqrotexniki tədbirləri yerinə yetirmək əzmindədirlər. Hazırda hər yerdə sahələrə yemləmə gübrəsi verilir. Bu işə 30-dan artıq texnika cəlb olunub. Az vaxtda 8,6 min hektara azot gübrəsi verilib. Rayonun Təklə, Xilmilli, Sündü, Qurbançı və bir sıra digər ərazi vahidlərində sahələrə bu mühüm aqrotexniki tədbir daha mütəşəkkil keçirilir.
Qeyd edək ki, “Aqrolizinq” ASC-nin Qobustan “Aqrotexservis” filialı rayona kifayət qədər azot gübrəsi gətirib. Yemləmə gübrəsi fermerlərə, eləcə də fiziki şəxslərə 70 faiz güzəştlə satılır.
http://azertag.az/xeber/841521

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN