Rayon iqtisadiyyatında mühüm yerlərdən birini uzun illər pambıqçılıq sahəsi təşkil edib. Son illər isə, dünya bazarında bu məhsulun qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi əkinçilərin bu sahəyə marağını azaldaraq pambıq tarlalarının azalmasına səbəb olub. 2013-cü ildə Kürdəmirdə pambıq əkini 51 hektar olduğu halda 2014-cü ildə bu göstərici 60.8 faiz və ya 31 hektar azalaraq 20 hektar oub. Ümumilikdə rayon üzrə yığılan pambıq əvvəlki mövsümlə müqayisədə 14 ton və ya 53.8 faiz az olub.