Sahibkarlığa Kömək Milli fondu bağçılıq və heyvandarlıq layihələrinin maliyyələşməsi məqsədilə Ağsu rayonunda bölgənin 50 sahibkarlıq subyektinə 625000 manat güzəştli kredit verib. Cənab prezidentin tapşırığına uyğun olaraq əhalinin etibarlı ərzaq təminatını təmin etmək məqsədilə n üçün respublikanın 12 rayonunda 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Bu iri fermer təsərrüfatlarının yaradılmasına ümumilikdə 50 milyon manatdan çox dövlətin güzəştli krediti verilib.Həmçinin Ağsu rayonunda 2000 ha ərazidə müasir suvarma sistemlərinin tətbiq edən iki iri fermer təsərrüfatı yaradılıb. Bu fermer təsərrüfatları tərəfindən yüksək keyfiyyətli ərzaq buğdası əldə olunacaqdır. Sahibkarlarla keçirilən görüşdə Ağsuda fəaliyyət göstərən şirə emalı zavodunun xam mala olan təlabatını təmin etmək məqsədilə fermerlərə üzümçülük və narçılıq istiqamətində nümunəvi layihələr təqdim olunub.