Ağsu rayonunda İlaxır çərşənbə - Heydər Əliyev parkında qeyd olunub

Tarix: 18-3-2015 // saat: 20:42
Martın  17-də bahar təravətli parkda əvvəlcə rayon rəhbərliyi Novruzun gəlişi münasibətilə ağsuluları təbrik edərək, onlara xoş bayram əhval-ruhiyyəsi, əmin-amanlıq, ölkəmizin tərəqqisi naminə əzmkarlıq arzulayıb. Sonra musiqi sədaları altında bayram tonqalı alovlandırılıb. Yazın rəmzi olan Bahar qızın meydana gəlişi isə böyük alqışlarla qarşılanıb. Kosa və Keçəlin zarafatları, idmançıların çıxışları ilə davam edən bayram şənliyi iştirakçılarda  gözəl əhval-ruhiyyə yaradıb. Tonqal qalanıb.



Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN