"İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonun idarə və təşkilatları, eləcə də bələdiyyələr tərəfindən mart ayından etibarən rayon ərazisində ağacəkmə kompaniyasına başlanıb. Bu günədək rayon üzrə cəmi 6500-dən çox ağac əkilib. İsmayıll-Muğanlı avtomagistral yolunun 30-40 km-də, eləcə də, bələdiyyələrin ərazilərində 2150 ədəd yerli şəraitə uyğun cökə, göyrüş, ağcaqayın, akasiya, çinar, qovaq və s. ağaclar əkilib. Əkilmiş ağacların suvarılması və mühafizə edilib saxlanılması məqsədilə idarə və təşkilatlara təhkim edilib.