İsmayıllıda Novruz Bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası açılıb

Tarix: 17-3-2015 // saat: 13:39
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16.01.2014-cü il tarixli 221 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar, eləcə də, Novruz bayramının gəlişi münasibətilə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə  kənd təsərrüfatı məhsullarının satış yarmarkası  başlanılıb. Yarmarka İsmayıllı şəhərində “Qala divarları”nın önündə təşkil olunub.
Sahibkarlar tərəfindən satışa çıxarılan meyvə-tərəvəz, ət, süd, yağ, pendir, xama, arpa, buğda və digər məhsulların bazar qiymətlərindən 20-25% aşağıdır.
Yarmarka 20 mart 2015-ci il tarixə kimi davam etdiriləcək.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN