İsmayıllı Mədəniyyət Sarayında Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsi olan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçirilib. Operada Leyli partiyasını Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə Xalq artisti Mənsum İbrahimov ifa ediblər. Tamaşa Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yüksək sənət nümunəsi göstərdikləri üçün tamaşanın iştirakçılarına, xüsusilə Nəzakət Teymurovaya və Mənsum İbrahimova təşəkkürünü bildirərək yaradıcılıq uğurları arzulayıb.
Tamaşaçılar ifaçılara minnətdarlıq edərək gül dəstələri veriblər.