Ağsuda keçirilən iməcilikdə 400-dək ağac əkilib

Tarix: 12-3-2015 // saat: 20:58
Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonunda fəal iştirak edən Ağsu rayonunun idarə, müəssisə və təşkilatlarının, məktəblərin kollektivləri martın 12-də iməciliyə çıxıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iməcilikdə küçə və parklarda, yolların kənarlarında 400-dək müxtəlif növ ağac, əsasən də şam və çinar əkilib. İməcilikdə, habelə şəhərin bütün ərazisində təmizlik, səliqə-sahman işləri də aparılıb.
http://azertag.az/xeber/838773

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN