YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

Tarix: 12-3-2015 // saat: 20:33
Martın 11-də rayonun Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin  konfransı keçirilib. İlk öncə tədbir iştirakçıları  Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfransda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli  bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların ümummilli dövlət mənafeləri  əsasında səfərbər olunması üçün mühüm addımlar atıb.Əsası Ümummilli Liderimiz Heydər Əliyev  tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyev tərəfndən layiqincə yerinə yetirilir. Bu il iyun ayında  ölkəmizin  Bakı  2015 dünyanın ilk  Avropa Oyunları kimi böyük ölçülü və iri həcmli bir tədbirə ev sahibliyi etməsi qürurverici və fəxarət doğuran böyük tarixi hadisədir. Bu artıq Azərbaycanın idmanının hansı səviyyədə olmasından, eləcə də,  ölkəmizin siyasi uğurlarının nəticəsindən, dünyada günü-gündən artan nüfuzundan xəbər verir. Konfarnsda YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Namiq Tarverdiyevin hesabat məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki,hal-hazırda Gənclər Birliyimiz  3625 nəfər gənci öz sıralarında birləşdirir, bu da rayonumuzda ümumi sayı  8160  nəfər olan  YAP üzvlərimizin 44,4 %-ni təşkil edir. Gənc üzvlərimizdən 1230 nəfəri , yəni 34 %-i qadınlar, 805 nəfəri, yəni 22% -i ali təhsilli gənclərdir.Bu gənclər sağlam ruhlu, vətənpərvər, yüksək intellektə malikdirlər. YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyi olaraq bizlər  sıralarımıza yeni qoşulan gənclərlə mütamadi olaraq təbliğat-təşviqat xarakterli görüşlər keçirir, ölkədə baş verən ictimai-siyasi yönümlü prosesləri təhlil edir, günün mühüm hadisələri barədə diskusiyalar aparırır, cənab Prezidentimizin xarici ölkələrə rəsmi və işgüzar səfərləri, habelə beynəlxalq təşkilatların, siyasi qurumların Azərbaycana olan marağını və mövqeyini gənclərə aydınlşadırırıq.Ulu Öndər Heydər Əliyev ideyalarını dəstəkləyən gənclər bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Məruzə ətrafında YAP Kürdəmir rayon təşkilatının baş təlimatçısı Məhəmməd Heydərli, rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov və şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova  çıxış ediblər. Konfransda çıxış edənlər Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edərək,  qarşıdakı dövrdə Gənclər Birliyinin vəzifələri haqqında  danışıblar, öz rəy və təkliflərini bildiriblər. Bütünlükdə  gənclərə göstərilən qayğı və  diqqətə görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. YAP  Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə respublikamızda gənclər üçün yaradılan böyük imkanlardan və yüksək şəraitdən danışaraq bu gün gəncliyin artıq siyasi cəhətdən formalaşmış, yetkinləşmiş  səviyyədə olduğunu diqqətə çatdırıb.Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb.Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışan natiq bu gün ölkə rəhbəri cənab İlham Əliyevin gənclərə verdiyi önəmi vurğulayaraq bütün ictimai-siyasi proseslərdə gənclərin aktiv şəkildə iştirakını qeyd edib. Konfransda təşkilatı məsələlərə baxılıb. Konfrans iştirakçılarının səs çoxluğu ilə Daşqın Rəhim oğlu Rüstəmov YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.Nemət Şiraz oğlu İsmayılov və Elnur Qürbət oğlu Məmmədli isə Gənclər Birliyinin sədr müavinləri seçilib. Konfransda  həmçinin rayon təşkilatının Gənclər Birliyinin 17 nəfər tərkibdə şura üzvləri, 11 nəfər  idarə heyəti üzvləri seçilib. Eyni zamanda konfransda YAP  Gənclər Birliyinin IV konfransına 2 nəfər nümayəndə seçilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN