Şamaxıda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans keçirilib

Tarix: 12-3-2015 // saat: 20:27
Konfrans iştirakçıları əvvəlcə Şamaxının mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə öz ehtiramlarını bildiriblər. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev konfransda dövlət-din münasibətlərindən, ölkəmizdəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində maarifçiliyin əhəmiyyətindən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar zərurətdən bəhs edib. Konfransda bildirilib ki, Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. Bu ənənənin qorunub saxlanılmasında hər kəsin, xüsusən də din xadimlərinin, ziyalıların üzərinə böyük məsuliyyət düşür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak edib.


Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN