Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martın 16-da Qobustan rayonunda vətəndaşları qəbul edəcək. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Qobustan, Ağsu, Şamaxı, İsmayıllı və Göyçay sakinləri iştirak edəcəklər.
Qəbul saat 10.45-də Qobustan rayon Gənclər Mərkəzində keçiriləcək.