Göyçaylı qızlara erkən evliliyin fəsadları izah edilib

Tarix: 9-3-2015 // saat: 19:23
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Erkən evlilik və onun fəsadları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllim və tələbələrin, orta məktəb şagirdlərinin, fəal qadınların iştirak etdikləri tədbirdə erkən evliliyin uğursuz nəticələri, cəmiyyətdə bu cür nigah münasibətinə meyilliliyin artması məsələləri müzakirə olunub, bunun qarşısının alınması ilə bağlı tez-tez maarifləndirmə işlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu mövzuda tədbirlərin kəndlərdə təşkilinin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, əsas məqsəd erkən nigah və onun yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə məsuliyyəti artırmaq və yerli icmaları bu problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etməkdir. Daha sonra “Zərərli vərdişlər”, “Uşaqların təhlükəsizliyi”, “Qızların təhsildən yayınmasının qarşısının alınması” mövzusunda məruzələr dinlənilib.
http://azertag.az/xeber/837755

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN