Kürdəmirin daha 15 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılacaq

Tarix: 9-3-2015 // saat: 19:18
Kürdəmir rayonunun bütün yaşayış məntəqələrinin təmiz içməli su ilə təchizatı yaxın vaxtlarda həllini tapacaq.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 18 min nəfərədək əhalinin yaşadığı 15 yaşayış məntəqəsində sutəmizləyici qurğuların tikintisinə hazırlıq görülür. Artıq Karrar və Qarabucaq qəsəbələrində, Şilyan, Ucarlı, Yeni Şıxımlı və digər 10 kənddə müvafiq torpaq sahələri ayrılıb, lazımi sənədləşmə işləri aparılıb.
Qeyd edək ki, hazırda rayonun 47 kəndində sutəmizləyici qurğular fəaliyyət göstərir və sakinlər ekoloji cəhətdən təmiz su ilə təmin olunurlar.
http://azertag.az/xeber/837746

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN