Kürdəmirdə Beynəlxalq Qadınlar Günü

Tarix: 7-3-2015 // saat: 20:48
Bayram mərasimində çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun təbrik məktubunu oxuyaraq  bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını,analarını təbrik edib. Qeyd olunub ki, ölkənin birinci xanımının fədakarlığından ilham alan Kürdəmir rayonunun qadınları da, uşaqların tərbiyyəsində,sosial-iqtisadi həyatda, sosial və mədəni quruculuq tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edirlər. Bayram mərasimində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı adından bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə  Fəxri fərmanlar təqdim edilib. Maraqlı keçən mərasimdə anaların, qadınların şərəfinə şeirlər, mahnılar səslənib. Mərasim iştirakçıları ölkəmizdə qadınlara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və onun xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN