Martın 5-də Kürdəmir rayonunda tüfəngdən açılan atəş nəticəsində Axtaçı kənd sakini Neman Budaqov hadisə yerində ölüb. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən həmin kənd sakini Toğrul Bağırov tutulub.