Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə rayonun Bığır, Mırtı, Alıkənd və Türkmən kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılmasına başlanılıb. Hazırda həmin kəndlərdə küçələrə yeni su xətləri də, çəkilir. Yaxın vaxtlarda digər 12 kənddə də, yeni su təmizləyici qurğuların inşası nəzərdə tutulur.