Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, publisist Miryavər Hüseynovun “Basqal və Basqallılar ” kitabının təqdimat mərasimi keçirilib.
İlk olaraq RİH-nin başçısı professor, əməkdar elm xadimi Mirdaməd Sadıqov müəllifin ziyalı böyüklüyündən, elinə-obasına bağlılığından, cəfakeşlik səviyyəsində mənsub olduğu diyarı təmsil etmək bacarığından, Basqalın yetirmələrini bugünkü nəslə tanıtmaq üçün çəkdiyi zəhmətdən danışıb. “Basqal və Basqallılar” kitabının elmi, publisistik, tarixi, etnoqrafik, bədii, informatik baxımdan çox dəyərli olduğunu qeyd edib.
Millət Vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov öz qələmi və bədii-elmi düşüncəsinin məhsulu olaraq “Basqal və basqallılar” kitabını yazdığına görə Miryavər Hüseynova təşəkkür etdi. Razılığını bildirdi ki, RİH-nin başçısı Mirdaməd Sadıqov mənəvi quruculuq işləri ideya-siyasi tərbiyə ilə müntəzəm məşğul olur. İnsanların sosial həyatına zənginlik gətirən tədbirlərə daha çox üstünlük verir.
Kitab barədə jurnalist Lətifə Əliyeva, müəllim Hacıməmməd Məmmədov, 3 saylı tam orta məktəbin direktoru Əhmədağa Ələkbərov, Basqal tam orta məktəbinin direktor müavini Yeganə Ağayeva çıxış edib.
Basqal kəlağayısını beynəlxalq miqyasda təmsil edən rəssam, professor Cəlil Tarverdiyev dəyərli kitaba görə M.Hüseynovu təbrik edbi və “Kələğayı” rəsmini ərməğan olaraq müəllifə təqdim edib.
Əslən basqaldan olan “Turan” TV-nin prezidenti Nadir Şəfiyev və “Space” TV-nin əməkdaşı Elvin Basqallı çıxışlarında Miryavər Hüseynova yeni yaradıcılıq uğurları arzulayılar. RİH-nin başçısı Mirdaməd Sadıqova təşəkkür ediblər ki, İsmayıllıda belə gözəl bir ənənənin əsasını qoyub və davam etdirir.
M.Hüseynov sonda diqqət və qayğıya görə hamıya minnətdarlıq edib, yaradıcılıq planlarından danışıb.