İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzinə son ildə 12 mindən çox yerli sakin və 200 nəfərdən artıq xarici ölkə vətəndaşı gəlib

Tarix: 2-3-2015 // saat: 14:39
Mərkəzin direktorunun məlumatına görə, insanların Heydər Əliyev Mərkəzinə marağı hər şeydən əvvəl onların Ulu Öndərin həyat və fəaliyyətinə, zəngin irsinə göstərdikləri maraqla bağlıdır. Buraya gələn rayon sakinləri və turistlər, o cümlədən xarici qonaqlar 3 ekspozisiya zalında nümayiş etdirilən fotolar və sənədlərlə tanış olurlar. Mərkəzdə kitabxana, elektron kitabxana, kompyuter otağı fəaliyyət göstərir.

Mərkəzin imkanlarından səmərəli istifadə olunur. Burada rəssamlıq, şahmat, heykəltəraşlıq, aviamodelizm, ingilis dili, məktəbdənkənar hazırlıq və kompyuter dərnəkləri fəaliyyət göstərir.
Son bir ildə Mərkəzdə 40-dan çox tədbir keçirilib və bu tədbirlərdə ümumilikdə 4125 nəfər iştirak edib. Habelə Mərkəzdə onlarla gəncin nikah qeydiyyatı aparılıb.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN