Fevralın 28-də İsmayıllı şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin Qala divarları önündə, geniş ərazidə keçirilən satış-yarmarkaya fermerlər və fiziki şəxslər tərəfindən 2,5 ton meyvə, 2 ton kartof, 1,5 ton soğan, 5 ton taxıl, habelə 3 ton heyvandarlıq məhsulları çıxarılıb.
Məhsullar alıcılara bazar qiymətlərindən 25-30 faiz ucuz təklif edilib.