Tədbirdən öncə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinlərini qəbul edib.Onların qayğı və problemləri ilə maraqlanıb və onlara maddi yardımlar göstərilməsi təmin olunub.Rayonun Mədəniyyət evində Xocalı faciəsinin iyirimi üçüncü ildönümünə həsr olunan ümumrayon tədbiri keçirilib.Tədbir iştirakçıları Mədəniyyət evinin Sərgi salonunda təşkil edilən “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiylə tanış olublar. Tədbirin açlışında Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və faciə haqqında məktəblilərin ifasında “Xocalı səsləyir bizi” mövzusunda ədəbi-bədii kompozisiya dinlənilib. Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında əməyi keçən hər bir şəxsə, məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minətdarlıqlarını bildirib. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək Xocalı faciəsinin törədilməsi səbəblərindən , tarixən ermənilərin azərbaycanlılara qarşı törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açıb.