Xocalı faciəsinin 23-cü ildönümü Respublikamızın hər yerində olduğu kimi İsmayıllı rayonunda da geniş şəkildə qeyd olunur. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə müəssisə müəssisə və təşkilatlarında, ümumi orta və orta ixtissas məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər, rayonun mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilir.
Tədbirlər çərçivəsində rayonun 1 saylı məktəbinin şəhər Mədəniyyət Sarayında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə iştirak edən RİHB-nin müavini Sevil Əhmədova bildirib ki, Xocalı faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir.
Tədbirdə çıxış edən məktəbin direktoru Şəfaqət Rəsulov faciənin dəhşətləri haqqında danışıb və bildirilib ki, insanların qoca, cavan, uşaq olmasına baxmayaraq amansızlıqla qətlə yetirilməsi ermənilərin vandallığını bir daha sübuta yetirdi.