Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göyçayda bir qrup sakini qəbul edib

Tarix: 24-2-2015 // saat: 19:53
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  fevralın 24-də Göyçay rayonunda bir qrup bölgə sakinlərini qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay, Ucar, Ağdaş, Mingəçevir və Yevlaxdan olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması və dövlət qeydiyyatına alınması ilə bağlı olub. Komitə sədri hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.



Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN