Ötən gün saat 19:00-dan yağmağa başlayan qar bu gün saat 11:00-dək davam edib. Yola xidmət edən İsmayıllı Yol İstismar idarəsinin texnika və canlı qüvvəsi axşam saatlarından yolun qardan təmizlənməsinə cəlb olunub. Ərazidə 7 texnika və 25 nəfər işçi cəlb olunub.Yolun hərəkət zolağı qardan təmizlənməsi üçün növbəlilik şəklində 24 saat qum və düz səpilir. Saat 16-ya olan məlumata görə ərazidə havanın hərarəti - 5 dərəcəyə düşüb, qarın səviyyəsi isə, yol kənarında 6-7 sm təşkil edir. Yol hərəkət üçün açıqdır.