XOCALI soyqırımı - XX əsrin faciəsidir

Tarix: 20-2-2015 // saat: 21:13
21 Fevral 2015-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin 23-cü ildönümü münasibəti ilə anım mərasimi keçirildi.Tədbiri açan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayıl Bədəlov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının ildönümünün keçirilməsinə dair tədbirlər planı” haqqında məlumat verdi.Vurğuladı ki, 1992-ci il fevralın 26-da Ermənis-tan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.Ağsu rayonunun imamı hacı Nurəddin İslamov Xocalı şəhidlərinin ruhuna dua oxudu.Tədbirdə rayon İcra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nailə Bəşirova,Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev,Təhsil şöbəsinin metodisti Mətləb Nuriyev,Gürcü-van kənd klubunun müdiri,Xocalı sakini Əmrah Məmmədov, şəhər 3 saylı məktəbin müəlliməsi Yeganə Cəlilova,rayon ziyalısı ,şair Vaqif Osmanov,fəal oxucu günel Şıxaliyeva və Mədəniyyət və Turizm şöbəsinin abidə mühafizəçisi Əlisahib Kərimov çıxış etdilər.Mərasimin sonunda Xocalı soyqırımına həsr olunmuş 15 dəqiqəlik sənədli video çarx nümayiş etdirildi.











Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN