Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Meysəri kənd sakinləri ilə qəbul-görüşü keçirilib. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri də, iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışıb. Sonra Meysəri kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət edib. Müraciət edən vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2014-cü ildə start verilmiş əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də uğurla davam etdirilməsinə görə, kənddə işsizliyin aradan qaldırılması istiqamətində aparılmış işlər arasında xüsusi yeri olan üzümçülük təsərrüfatlarının yaradılmasına köməklik göstərildiyinə görə, kəndin fasiləsiz olaraq təbii qazla, elektrik enerjisi ilə təminatına, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin kənd sakinlərindən Ayşən Hüseynova kənd məktəbində sinif otaqları az obduğu üçün yeni məktəb binasının tikintisini, İmran Ələkbərov fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpağın sahəsinin ayrılmasını, Çimnaz Qasımova isə, kəndin su probleminin həll olunmasına köməklik göstərilməsini xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verib.