Tarixi abidələr daim marağa səbəb olub. Bu turistlərin əraziyə cəlb olunmasında əsas amillərdəndir. XIX əsrdə Goyçayda Həzrət bəy tərəfindən qızına cehizlik olaraq tikdirilən “Yeraltı hamam” tədqiqatçıların fikrincə nəinki, Göyçayda yaxın şərqdə analoqu olmayan tikilidir. 2 metr dərinlikdə Şərq memarlıq üslubunda inşa olunub. Hamamın suyu əvvəllər mövcud olan Arvan çayı vasitəsilə təmin edilib. İstilik sistemi hamamın üst qatı ilə bərabər səviyyədə olub. Kanalizasiya sisteminin hara qoşulduğu isə, bu günəcən məlum deyil. Hamamın əsaslı təmirə ehtiyacı var. Tikili tarixi mədəniyyət abidəsi kimi qeydiyyatdadır.