İsmayıllıda ötən il 1172 iş yeri açılıb

Tarix: 15-2-2015 // saat: 18:11
Ötən il İsmayıllıda 1172 yeni iş yeri açılıb ki, bunun da 1052-si daimidir.
Rayon icra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, ümumiyyətlə, 2003-cü ildən bəri rayonda 7172 iş yeri açılıb. Həmçinin “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” da uğurla icra olunur. Təkcə ötən ilin mayında keçirilən əmək yarmarkasında 84 idarə, müəssisə və təşkilat tərəfindən 214 vakant iş yeri təqdim olunub və 103 nəfər işlə təmin edilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN