İsmayıllı rayonunun Quşencə, Balik, Enişdibi, Qubaxəlilli, Gideyli, Topçu, Ağbulaq və Qoşakənd kəndlərində subartezian quyusu qazılacaq.
Rayon icra hakimiyyətindən AzərTAc-a verilən məlumatda bildirilir ki, kəndlərin ərazilərində qazılacaq quyuların yeri artıq müəyyənləşdirilib. Hazırda müvafiq sənədləşmə işləri aparılır.
Qeyd edək ki, subartezian quyuları xüsusilə isti və quraq yay aylarında yaşayış məntəqələrinin suya olan tələbatının ödənilməsi üçün çox zəruridir. Ötən il rayonun digər 8 kəndində bu cür quyular qazılıb və artıq istismara hazır vəziyyətdədir.
İsmayıllı, 12 fevral, Adil Ağayev, AzərTAc