Bu gün - Ağsu rayonunun daha 4 kəndinə mavi yanacaq verilib

Tarix: 12-2-2015 // saat: 15:40
Bunlar - Nəmirli, Kalağaylı, Bənəcik və Gursulu kəndləridir. Dörd kənddə ümumilikdə 195 abonent var. Bütün evlərdə Smart qaz sayğacları quraşdırılıb. Beləliklə, rayonda “mavi yanacaq”dan istifadə edən kəndlərin sayı 45-ə, abonentlərin sayı isə, 9 773 - ə çatıb. Bu da, rayon əhalisinin 70 %-nin mavi yanacaqdan istifadə etməsi deməkdir.
Təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Azəriqaz” İstehsalat Birliyinin məsul işçisi İbrahim Kəlbalayev, Ağsu Regional Qaz İdarəsinin rəisi Elşən Rəhimov çıxış edərək hər bir regionun sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Məlumat verilib ki, rayonun Maşadqanlı və Qarabağlı kəndlərində qaz xətlərinin çəkilişi artıq başa çatıb. Yaxın vaxtlarda bu, kəndlərə təbii qaz veriləcək. Hazırda Gəgəli kəndinə, qaz borularının çəkilişi davam edir.
Çıxış edən kənd sakinləri insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN