Bu, əvvəlki ilin göstəricisindən 108 ton çoxdur. İsmayıllı rayonunda meyvəçiliyə maraq ildən-ilə artır. Rayonda əsasən alma, armud, qoz, fındıq yetişdirilir. Rayon icra hakimiyyətinin məlumatına əsasən, bölgədə meyvə bağlarının sahəsi 1000 hektardan çoxdur. Ötən payızda rayonun təkcə Qubaxəlilli kəndi ərazisində 170 hektarda yeni nar bağı salınıb. Hazırda bağlarda təmizləmə işləri görülür, ağacların dibi yumşaldılır, üzvi və mineral gübrələr verilir.