Ağsu Elektrik Şəbəkəsi üzrə zəruri işlər görülüb

Tarix: 10-2-2015 // saat: 12:15
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, rayonun enerji istehlakçıları fasiləsiz enerji ilə təmin edilib. Şəbəkənin balansında olan 10 kV-lik elektrik verilişi xətlərində 12,8 kilometr məsafədə, həmçinin 10/0,4 kV-lik 46 transformator məntəqəsində və digər sahələrdə təmir işləri aparılıb.
Bunun nəticəsidir ki, hazırda müəssisələrin xidməti ərazilərində mövcud iqlim şəraitində istehlakçıların enerji təminatında fasilə və digər nasazlıqlar qeydə alınmır. “Ağsu” Elektrik Şəbəkəsinin xidməti ərazisində yaşayış evlərinə 130-dək birfazlı sayğac yenisi ilə əvəzlənib, 120-dən artıq yeni sayğac quraşdırılıb.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN